
Tətbiqi yükləmək
üçün QR kodu oxutTətbiqi
yükləmək üçün keçid et
Xəbərlər
MPAY-ın ən son xəbərləri və yenilikləri ilə tanış ol

"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur.
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.
Xidmətlər fasiləsiz davam edir
Bildiririk ki, bu qoşulma çərçivəsində müştərilərə təqdim olunan mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.
"eManat" brendi fəaliyyətini qoruyur
Ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən "eManat" brendi fəaliyyətini eyni adla davam etdirir. Terminallar vasitəsilə təqdim olunan xidmətlər və istifadəçi interfeysində isə hər hansı bir dəyişiklik nəzərdə tutulmur.
Qeyd edək ki, bu yenilik "MPAY" MMC-nin rəqəmsal ekosistemini daha da gücləndirərək həm nağd (terminallar vasitəsilə), həm də nağdsız (mobil tətbiq üzərindən) ödənişlərin daha sürətli və vahid sistem üzərindən həyata keçirilməsini təmin edəcək.
Məlumat üçün bildiririk ki, "MPAY" MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.

MPAY Beynəlxalq Təhlükəsizlik Sertifikatını əldə etdi!
MPAY beynəlxalq təhlükəsizlik standartı olan PCI DSS 4.0.1 sertifikatını uğurla əldə etdi.
Bu sertifikat ödəniş kartı məlumatlarının qorunması, təhlükəsiz emalı və saxlanılması üçün yaradılmış beynəlxalq təhlükəsizlik standartıdır.
PCI DSS standartına uyğunluq müştəri məlumatlarının yüksək səviyyədə qorunduğunu və bütün ödəniş əməliyyatlarının etibarlı mühitdə həyata keçirildiyini təsdiqləyir.
MPAY olaraq əsas prioritetimiz istifadəçilərimizə təhlükəsiz, sürətli və etibarlı xidmət təqdim etməkdir. Bu istiqamətdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və davamlı inkişaf bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Gəncədə “CityCard” istifadəyə verilir.
Sərnişindaşımada rəqabətin təmin olunması və qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində Gəncə şəhərində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Yeni şəbəkəyə daxil edilən 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutunun fəaliyyət göstərməsi müəyyən olunub. Sözügedən marşrutlarda ödənişlər isə “CityCard” vasitəsilə həyata keçiriləcək. Bu kartları bir neçə yolla əldə etmək mümkündür:
- Kartları fiziki formada “Azərpoçt” MMC-nin xidmət məntəqələrindən almaq;
- “CityCard Azerbaijan” mobil tətbiqini yükləmək və bir neçə saniyədə QR bilet yaradaraq gediş etmək.
Gəncə sakinləri “CityCard” kartlarının balansını, həmçinin, “eManat” və “MPAY” terminalları vasitəsilə asanlıqla artıra biləcəklər. Ödənişləri həyata keçirməyin bir sadə və asan yolu da mövcuddur. Belə ki, “MPAY” mobil tətbiqini yükləyərək, tətbiqdəki müvafiq bölmədən ödəniş etmək əlçatan olacaq.
Bu üsullar istifadəçilər üçün rahat, sürətli və ən əsası, təhlükəsizdir.
Yeni sistemin tətbiqi Gəncə şəhərində ictimai nəqliyyatın müasir standartlara uyğunlaşdırılmasına, həmçinin sərnişinlərin gündəlik həyatında rahatlığın və əlverişliliyin təmin olunmasına xidmət edir.