Xəbərlər

MPAY-ın ən son xəbərləri və yenilikləri ilə tanış ol

palmpay-ovuc-ile-odenishler-artiq-arazda

Ovuc ilə ödənişlər artıq “Araz”da!

PalmPay daha 5 ünvanda istifadəyə verildi 📢


Azərbaycanda ödəniş təcrübəsini yeni mərhələyə daşıyan PalmPay “Araz” supermarketlər şəbəkəsinin 5 filialında müştərilərin istifadəsinə təqdim olunub. Yeni məntəqələrin əlavə edilməsi ilə daha çox istifadəçi ovuc ilə ödəniş üsulunu alış-veriş zamanı sınaya biləcək. “PalmPay”in istifadəyə verildiyi yeni ünvanlar aşağıdakılardır:


●     Araz 20 yanvar – 1: Nəsimi rayonu, Tbilisi prospekti 2

●     Araz Günəşli – 3: Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küç. 56D

●     Spar 3-cü mkr: Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mikrorayon, 3005-ci məhəllə

●     Araz Xətai – 8: Xətai rayonu, 8 noyabr ev.15, məhəllə 1212, mərtəbə 1, Azure Plaza

●     Araz Qutqaşınlı – 2: Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi


Qeydiyyatdan keçmək üçün müştəri qeyd olunan ünvanlardakı “PalmPay” stendinə yaxınlaşaraq ovuc biometrikasını sistemə tanıtmalıdır. Daha sonra kassada sadəcə əlini cihaz yaxınlaşdırmaqla ödənişi saniyələr ərzində həyata keçirə bilər.


Ölkədə ilk dəfə MPAY tərəfindən təqdim olunan PalmPay texnologiyası ödəniş prosesini daha sürətli, rahat və təmassız etməklə yanaşı, gündəlik alış-veriş təcrübəsinə innovativ yanaşma gətirir.


“PalmPay”in əhatə dairəsi mərhələli şəkildə genişləndirilməyə davam edir. Növbəti addımlarda bu texnologiyanın digər xidmət nöqtələrində də istifadəyə verilməsi planlaşdırılır. Bununla da daha çox istifadəçinin ovuc ilə ödəniş imkanından yararlanması təmin ediləcək.

15.09.2026
terminallarda-birbank-odenishlerine-komissiya-tetbiq-olunur

Terminallarda Birbank ödənişlərinə komissiya tətbiq olunur.

2026-cı il 10 sentyabr tarixindən etibarən “MPAY” MMC-yə məxsus ödəniş terminallarında Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq.


Komissiya dərəcələri Birbank xidmətləri üzrə aşağıdakı əməliyyatlara şamil ediləcək:

●    Karta və hesaba mədaxil üzrə - əməliyyat məbləğinin 0,3%-i həcmində komissiya;

●    Kredit ödənişləri üzrə - 1 AZN məbləğində komissiya.


İstifadəçilərdən ödəniş əməliyyatlarını həyata keçirməzdən əvvəl yenilənmiş tarif şərtlərini nəzərə almaları xahiş olunur.


Qeyd edək ki, komissiya şərtlərinin tətbiqi yalnız Birbank xidmətləri üzrə müvafiq əməliyyatlara şamil olunur. Digər bank və xidmət ödənişləri üzrə mövcud komissiya dərəcələrində hər hansı dəyişiklik nəzərdə tutulmur.


İstifadəçi məmnuniyyətini əsas prioritet hesab edən “MPAY” MMC ödəniş prosesinin rahat, əlçatan və etibarlı şəkildə həyata keçirilməsinə xüsusi önəm verir. Şirkət ödəniş şərtlərindəki dəyişikliklər barədə istifadəçilərin aydın və şəffaf şəkildə məlumatlandırılmasını, onların rahat ödəniş təcrübəsinin təmin edilməsini əsas prinsiplərindən biri hesab edir.


Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

08.09.2026
mpay-ovuc-ile-odenish-sistemi-palmpayi-teqdim-edir

“MPAY” ölkədə ilk dəfə Bolmart mağazasında ovuc ilə ödəniş texnologiyasını istifadəyə verir.

Fintex sahəsində innovativ həlləri ilə seçilən “MPAY” (eManat) ölkənin nağdsız ödənişlər bazarında yeni bir dövrün əsasını qoyur. Şirkət ölkədə ilk dəfə olaraq ovuc ilə ödəniş texnologiyası olan “PalmPay”i təqdim edir.


Bu texnoloji yenilik ilk dəfə olaraq pilot versiyada “Grandmart” MMC-yə aid Bolmart mağazasında istifadəyə verilib. Müştərilər alış-veriş ödənişlərini Səməd Vurğun küçəsində yerləşən Bolmart mağazasında sadəcə ovucları ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Yaxın gələcəkdə bu ödəniş təcrübəsinin digər satış və xidmət məntəqələrində də genişləndirilməsi nəzərdə tutulur.


PalmPay nədir?


PalmPay - istifadəçilərə kart, telefon və ya nağd pul olmadan, sadəcə ovcundan istifadə etməklə ödəniş etməyə şərait yaradan innovativ ödəniş texnologiyasıdır. Sistem istifadəçinin ovuc içindəki unikal damar strukturunu tanıyaraq şəxsiyyəti təsdiqləyir və ödəniş əməliyyatını MPAY cüzdanından təhlükəsiz şəkildə həyata keçirir.


Bu layihə ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına böyük təkan verməklə yanaşı, istifadəçilərə maksimum rahatlıq və yüksək təhlükəsizlik vəd edir.


Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

27.08.2026
emanat-mpay-mmc-ye-qoshulur

"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur.

Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.


Xidmətlər fasiləsiz davam edir

Bildiririk ki, bu qoşulma çərçivəsində müştərilərə təqdim olunan mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.


"eManat" brendi fəaliyyətini qoruyur

Ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən "eManat" brendi fəaliyyətini eyni adla davam etdirir. Terminallar vasitəsilə təqdim olunan xidmətlər və istifadəçi interfeysində isə hər hansı bir dəyişiklik nəzərdə tutulmur.


Qeyd edək ki, bu yenilik "MPAY" MMC-nin rəqəmsal ekosistemini daha da gücləndirərək həm nağd (terminallar vasitəsilə), həm də nağdsız (mobil tətbiq üzərindən) ödənişlərin daha sürətli və vahid sistem üzərindən həyata keçirilməsini təmin edəcək.


Məlumat üçün bildiririk ki, "MPAY" MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.



05.08.2026
mpay-tehlukesizlik-sertifikat

MPAY Beynəlxalq Təhlükəsizlik Sertifikatını əldə etdi!

MPAY beynəlxalq təhlükəsizlik standartı olan PCI DSS 4.0.1 sertifikatını uğurla əldə etdi.


Bu sertifikat ödəniş kartı məlumatlarının qorunması, təhlükəsiz emalı və saxlanılması üçün yaradılmış beynəlxalq təhlükəsizlik standartıdır.


PCI DSS standartına uyğunluq müştəri məlumatlarının yüksək səviyyədə qorunduğunu və bütün ödəniş əməliyyatlarının etibarlı mühitdə həyata keçirildiyini təsdiqləyir.


MPAY olaraq əsas prioritetimiz istifadəçilərimizə təhlükəsiz, sürətli və etibarlı xidmət təqdim etməkdir. Bu istiqamətdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və davamlı inkişaf bizim üçün xüsusi əhəmiyyət daşıyır.

17.03.2026